Türkiyə Super Liqasında 8-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.

“Adana Dəmirspor” evdə “Samsunspor”a uduzubsa, “Konyaspor” “Eyüpspor”u xalsız yola salıb.
 
“Qalatasaray” da evdə “Alanyaspor”a qalib gəlib. “Qaziantep”in qonağı olan “Beşiktaş” isə turu xal itkisi ilə başa vurub.

Hazırda 22 xal toplamış “Qalatasaray” vahid liderdir. “Samsunspor” 18 xalla 2-ci, “Beşiktaş” 17 xalla 3-cü pillədə qərarlaşıb. “Fənərbaxça” 16, “Başakşəhər” 14, “Göztəpə” və “Eyüpspor” 12 xal toplayıblar.

Türkiyə Super Liqası
8-ci tur

4 oktyabr

Rizəspor – Antalyaspor 2:1
Qollar: Yureçka, 38. Alikulov, 44 – Qaiç, 87.

5 oktyabr

Kasımpaşa – Bodrumspor 0:0

Göztəpə – Sivasspor 3:2
Qollar: Romulo, 6. Sole, 10. Fofana, 90+4 – U.Çiftçi, 55. Meniq, 57.

Başakşəhər – Kayserispor 1:1
Qollar: Pyontek, 53 – Mane, 32.

Hatayspor – Trabzonspor 1:1
Qollar: G.Sağlam, 14 – Banza, 48.

6 oktyabr

Konyaspor – Eyüpspor 2:1
Qollar: Y.Erdoğan, 72. Aleksiç, 90+7 – A.Kutucu, 65.

Adana Dəmirspor – Samsunspor 1:3
Qollar: Y.Barasi, 7-pen – Muja, 58. Dimata, 90+3. S.Aydoğdu, 90+10.

Qalatasaray – Alanyaspor 1:0
Qol: Y.Akgün, 28.

Qaziantep – Beşiktaş 1:1
Qollar: Maksim, 90+5 – İmmobile, 31-pen.

Shares: