Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi HJK Finlandiya çempionatında 26-cı tur oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, komanda evdə “Haka” ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub.

Ozan da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

HJK hazırda turnir cədvəlində 45 xalla 3-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp