“Neftçi”nin cari mövsüm Premyer Liqadakı uğursuz çıxışı baş məşqçi dəyişikliyini tezləşdirə bilər.
Futbolinfo.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, Roman Qriqorçuk Bakı klubundan ayrılmaq hazırlığındadır. Ukraynalı mütəxəssis tezliklə rəhbərliyə istefa ərizəsini təqdim etməyi düşünür. Məlumatda bildirilir ki, Qriqorçuk hətta təzminat da tələb etmir. Son qərarı isə “Neftçi” rəhbərliyi verəcək.
Hazırda türkiyəli Fatih Terim, İsmail Kartal, belaruslu Viktor Qonçarenko kimi məşqçilərin adı “ağ-qaralar”la birgə hallanır. Ancaq onların heç birinə rəsmi təklif olunmayıb.
Qeyd edək ki, Roman Qriqorçuk “Neftçi”nin “sükanı arxasına” mövsümün əvvəlində keçib. Komanda ölkə çempionatında 9 turdan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.