Milli komandalar növbəti oyunlara hazırlaşır. Əsas yığma komandamız qarşıdakı günlərdə səfərdə Estoniya, evdə Slovakiyaya qarşı ardıcıl iki oyun keçirəcək.

Millətlər Liqasının cari tsiklinin startında ardıcıl iki qrup oyunundakı məğlubiyyətdən sonra növbəti mərhələyə yüksəlmək şansımız möcqzəyə bərabərdir. Hətta 2-ci olmaq üçün də ümid yoxdur. Fernandu Santuşun qarşısında duran əsas vəzifə Estoniyada uduzmamaq və Slovakya ilə ev oyununda qələbə qazanmaqdır. Bu, turnir mövqeyi baxımından hər hansı böyük üstünlük verməyəcək, lakin sonuncu olmamaq, eyni zamanda uğursuzluq zolağından çıxmaq üçün vacibdir.

Lakin A milli komandanın təsadüfi qələbəs ilə ümumi ölkə futbolunun mənzərəsi dəyişməyəcək. İllərdir qalaqlanan problemlər, nizamsız iş, strategiyasızlıq, səriştəsizlik bu sahəni məhv edib, təəssüf ki, AFFA-nın yeni rəhbərliyi də eyni yolu gedir. Aşağı yaş rqupundan olan yığmalar məğlubiyyətləri sıralayırsa, deməli, sabaha da ümid yoxdur.

Və deyəsən, bu durum heç kimi narahat etmir. Ona görə də ölkə futbolunun böhrandan çıxarılması üçün hər hansı addım atılmır. AFFA prezidenti Rövşən Nəcəfin vaxtında uğursuzluq ən pik həddə çatıb. Onun ölkə futboluna rəhbərlik etdiyi 6 ay ərzində yığmalarımız ümumilikdə 44 oyuna çıxıb və bunlardan yalnız 3-də qələbə görüb. Nəcəfin vaxtında millilərimiz 33 məğlubiyyət alıb, 44 oyundan 41-də qələbəyə həsrət qalıb. Bu, yen rəhbərliyin də bir işə yaramadığını, bacarıqsız olduğunu göstərir. Qarşıdakı 10 gün ərzində bu statistikanın daha biabırçı mənzərəyə çevriləcəyinə əmin olun.

A milli: 1 qələbə, 3 məğlubiyyət, top fərqi – 5:10

Albaniya – Azərbaycan 3:1

Azərbaycan – Qazaxıstan 3:2

Azərbaycan – İsveç 1:3

Slovakiya – Azərbaycan 2:0

U-21: 1 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 2:7

Slovakiya – Azərbaycan 3:2

Azərbaycan – Bolqarıstan 0:0

Lüksemburq – Azərbaycan 2:0

Azərbaycan – Serbiya 0:2

U-19: 1 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 3:14

Azərbaycan – Qazaxıstan 2:0

Azərbaycan – Türkiyə (U-20) 0:5

Moldova – Azərbaycan 1:1

Şotlandiya – Azərbaycan 2:0

Niderland – Azərbaycan 3:0

Uels – Azərbaycan 3:0

U-17: 3 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 4:17

Belarus – Azərbaycan 4:0

Özbəkistan – Azərbaycan 2:0

Tacikistan – Azərbaycan 2:2 (penaltilərlə 1:3)

Albaniya – Azərbaycan 1:1

Albaniya – Azərbaycan 4:1

Türkiyə – Azərbaycan 4:0

Türkiyə – Azərbaycan 0:0

U-16: 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 0:9

Türkmənistan – Azərbaycan 3:0

Türkiyə – Azərbaycan 6:0

Qırğızıstan – Azərbaycan 0:0 (penaltilərlə 4:2)

U-15: 3 məğlubiyyət, top fərqi – 2:7

Belarus – Azərbaycan 2:1

Rusiya – Azərbaycan 3:1

Qazaxıstan – Azərbaycan 2:0

Qadın yığması: 1 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 2:14

Macarıstan – Azərbaycan 1:1

Azərbaycan – İsveçrə 0:4

Türkiyə – Azərbaycan 1:0

Azərbaycan – Türkiyə 1:0

Azərbaycan – Macarıstan 0:5

İsveçrə – Azərbaycan 3:0

U-19, qadınlar: 3 məğlubiyyət, top fərqi – 0:9

Monteneqro – Azərbaycan 4:0

Bolqarıstan – Azərbaycan 1:0

Latviya – Azərbaycan 4:0

U-17, qadınlar: 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 3:15

Belarus – Azərbaycan 3:1

Qazaxıstan – Azərbaycan 2:2 (penaltilərlə 4:1)

Türkiyə – Azərbaycan 4:0

Gürcüstan – Azərbaycan 4:0

Gürcüstan – Azərbaycan 2:0

U-15, qadınlar: 3 məğlubiyyət, top fərqi – 2:19

Belarus – Azərbaycan 8:1

Özbəkistan – Azərbaycan 2:1

Rusiya – Azərbaycan 9:0

Cəmi: 44 oyun, 3 qələbə, 8 heç-heçə, 33 məğlubiyyət, top fərqi – 23:121.

image 750x 660bfaf6c9d00 480x320 1 - Futbolinfo.az
Shares: