2023-cü ildə dünya çempionu olan belçikalı snukerçi Luka Bresel çempionluq kubokunun uzun müddət evinin zirzəmisində saxlandığını etiraf edib. Belçikalı bunu “Ironman” triatlon yarışında iştirak etmək və orada kubok qazanmaq arzusundan danışarkən qeyd edib.

“Mən həqiqətən bir gün “İronman”da iştirak etmək istəyirəm. Bunun üçün formada olmalıyam. Bu, heyrətamiz bir nailiyyət olardı. Dünya çempionatı kubokunun kopyası uzun müddət zirzəmidə idi. Heç vaxt onu diqqətlə izləməmişəm”, – deyə belçikalı “SportsBoom”a müsahibəsində bildirib.

Qeyd edək ki, snuker üzrə bütün dünya çempionları kubokun surətini alırlar. Orijinal kubok isə Dünya Peşəkar Bilyard və Snuker Assosiasiyasında qalır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp