Özbəkistanda futzal üzrə dünya çempionatına yekun vurulub. Final oyununda Braziliya ilə Argentina milliləri qarşılaşıb.

Braziliya millisi 6-cı dəqiqədə hesabı açıb. Qolu Ferrao vurub. 13-cü dəqiqədə Rafa fərqi ikiyə çatdırıb. Bundan sonra qarşılaşmada hər iki komanda aktiv futbol nümayiş etdirsə də, qol vura bilməyib. Bununla belə, görüşün sonunda argentinalı Mattias Rosa komandasının yeganə qolunu vurub.

Qeyd edək ki, bu, Braziliya millisi üçün tarixdə altıncı tituldur. Argentina yığması ötən dünya çempionatında olduğu kimi yenə də gümüş medal qazanıb.

3-cü yer uğrunda qarşılaşmada Fransa yığması üzərində 7:1 (1:0, 6:1) hesabı ilə qələbə qazanan Ukrayna komandası bürünc medala sahib çıxıb.

Shares: