Yeddiqat Formula 1 çempionu Lyuis Həmilton çempionatdakı dörd həftəlik fasilədən istifadə edərək, Milli Futbol Liqasında (NFL) sahibi olduğu “Denver Broncos” komandasına dəstək olub.

“Mercedes” sürücüsü üç il əvvəl “Denver Broncos”un ortaq sahibinə çevrilib. Bu həftəsonu o, “Las Vegas Raiders” ilə matçdan əvvəl oyunçularla görüşüb.

Bir müddət əvvəl Həmiltonun MotoGP komandası almaqda maraqlı olduğu bildirilmişdi. Lyuisin nümayəndəsi Niderlandın Assen şəhərində MotoGP mərhələsində iştirak edərək “Gresini Racing” komandasının rəhbərliyi ilə danışmışdı.

Xatırladaq ki, gələn ildən Həmilton İtaliyanın “Ferrari” komandasında mübarizə aparacaq.

Shares: