Keniyalı atlet Kipyeqon Bett 27 yaşında vəfat edib. Bu barədə “Nation” nəşri məlumat verib.

Mənbənin sözlərinə görə, idmançının qaraciyər və digər daxili orqanları zədələnib. Bir müddət idi ki, o, qan qusurmuş. Atlet xəstəxanada ambulator müalicə alırdı.

Bett 800 metr məsafəyə qaçışda gənclər arasında dünya çempionu olub. Bundan başqa o, böyüklər arasında dünya çempionatının bürünc mükafatçısıdır. 2018-ci ildə idmançı dopinq nümunəsində eritropoetin aşkar edildiyi üçün yarışdan kənarlaşdırılmışdı. 2022-ci ildə keniyalı yenidən idmana qayıtsa da, karyerasını davam etdirə bilməyib.

Shares: