Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun 3-cü turunda İspaniya yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azərbaycan millisi buna qədər keçirdiyi iki görüşdə İngiltərəni 4:0, Gürcüstanı isə 7:2 hesabı ilə məğlub edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp