Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində ilk matçını keçirəcək.
Futbolinfo.az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu komanda Serbiyanın U-23 yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Dünya çempionatı oktyabrın 7-dən 10-dək keçiriləcək. Azərbaycan millisi sabah Hindistan, oktyabrın 9-da Çexiya yığmaları ilə üz-üzə gələcək.