“Düşünürəm ki, maraqlı oyun keçdi. Birinci dövrəni başa vurduq. Oyunda çox yaxşı atmosfer var idi. Vacib qələbə qazandıq. Qol vuraraq fərləndim və buna görə iki qat sevincliyəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Sumqayıt” – “Qarabağ” (0:1) matçı haqda danışarkən “köhlən atlar”ın futbolçusu Elvin Cəfərquliyev deyib.
Avropa Liqasında “Malmö” məğlubiyyət haqda danışan Elvin, növbəti oyunlarda azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini bildirib: “Bir neçə gün öncə ”Malmö”yə məğlub olduq. Komandada ümumi ab-hava qaydasındadır. Psixoliji cəhətdən təzyiqdə deyilik, kollektivimizdə yetərincə təcrübə var. Qəbələr qazanaraq, bu situasiyadan çıxacağıq”.
GÜNAY SÜLEYMANOVA