Milli Basketbol Assosiasiyasında 2024/2025 mövsümü üçün ilin ən yaxşı məşqçisi mükafatına əsas namizədlər bəlli olub.
“Bovada” bukmeker kontorunun məlumatına görə, mükafata əsas namizəd “Nyu-York Niks”in baş məşqçisi Tom Tibodudur. Onun ardınca şansları bərabər olan İme Udoka (Hyuston Rokets) və Teylor Cenkins (Memfis Qrizliz) gəlir. Favoritlərin ilk beşliyini Nik Nurse (Philadelphia 76ers) və Camal Moseley (Orlando Magic) tamamlayır.
Qeyd edək ki, “Los Angeles Lakers”ın yeni baş məşqçisi JJ Redick bu beşlikdən sonra qərarlaşıb. Co Mazzulla (Boston Celtics) və Kris Finchin (Minnesota Timberwolves) də mükafatı almaq üçün şansları onunku qədər dəyərləndirilir.