“Talladega Superspeedway” avtodromu 2024 NASCAR Kuboku Seriyasının pley-off mərhələsinin ikinci turuna ev sahibliyi edib. Yarışın diqqət çəkən məqamı 28 sürücünün iştirakı ilə qəza olub.

İlk təhlükəli insident yarışın ikinci mərhələsinin finişində baş verib. Bir neçə maşının yanması ilə iştirakçıların sayı azalıb. Qəzadan sonra yarış bərpa olunsa da, sona yaxın daha böyük fəlakət baş verib. Bu dəfə 28 maşının iştirakı ilə qəza yaşanıb. Yarış qırmızı bayraqlarla dayandırılıb və əlavə vaxtda başa çatıb.

İki dövrə ərzində Bred Keselovski və Riki Stenhaus liderlik uğrunda mübarizə aparıblar. Fotofinişdə Stenhausun 0,006 saniyə fərqlə qalib gəldiyi aşkarlanıb. Keselovski ikinci, Bayron isə üçüncü olub.

NASCAR Kuboku Seriyası. YellaWood 500, Talladega:

1. Riki Stenhaus  (JTG Daugherty Racing / Chevrolet) – 195 dövrə.

2. Bred Keselovski (RFK Racing / Ford) +0,006 san.

3. Vilyam Bayron (Hendrik Motorsports/Chevrolet) +0,027.

4. Kayl Larson (Hendrick Motorsports/Chevrolet) +0,080.

5. Erik Cons (Legacy Motor Club / Toyota) +0,101.

6. Kristofer Bell (Co Gibbs Racing / Toyota) +0,166.

7. Castin Haley (Spire Motorsports/Chevrolet) +0,178.

8. Ostin Dillon (Richard Childress Racing/Chevrolet) +0,236.

9. Bubba Volles (23XI Racing/Toyota) +0,259.

10. Denni Hamlin (Co Gibbs Racing/Toyota) +0,293.

NASCAR Kuboku seriyasının növbəti yarışı “Bank of America Roval 400”, oktyabrın 13-də “Charlotte Motor Speedway” avtodromunda keçiriləcək. Bu, pley-offun ikinci mərhələsinin son yarışı olacaq.

Shares: