“Oyunda ayağımdan zədələndim. Hazırda ağrılarım var. Lakin zədənin nə dərəcədə ciddi olduğunu sabah MRT müayinəsindən sonra biləcəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in futbolçusu Fərid Nəbiyev deyib.

Yarımmüdafiəçi öz oyunlarına baxaraq, qələbələrinin davamını gətirmək istəyir: “4 məğlubiyyətdən sonra “Şamaxı” kimi yaxşı komandaya qalib gəldik. Rəqibin də, bizim də çoxlu qol epizodlarımız oldu. Ona görə qırmızı vərəqənin çox önəmi olduğunu, bizi rahatlatdığını düşünmürəm. Çempionat uzundu. Axırda nə olacağını bilməsək də, öz oyunumuza baxaraq, qələbələrin davamını gətirmək istəyirik. Məqsədimiz turnir cədvəlində yuxarı pillələrdə qərarlaşmaqdır. Növbəti rəqibimiz “Neftçi”dir. Bunun üçün yetərincə vaxtımız var. Biz də ora elə-belə getmirik. Səfərdən xal ilə qayıtmaq istəyirik”.

Xatırladaq ki, Fərid “Şamaxı”ya 2:0 hesabı ilə qalib gəldikləri oyunun 45+3-cü dəqiqəsində aldığı zədə üzündən əvəzləndi.

GÜNAY SÜLEYMANOVA

Shares: