Ağdamda “18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü”nə  həsr olunan rayon turniri keçirilib. Orta məktəb şagirlərindən ibarət komandalar arasında təşkil olunan minifutbol yarışında 7 komandada toplaşan 100-dək məktəbli iştirak edib.

Gərgin keçən görüşlərin sonunda ilk üç yerdə qərar tutan komandalar müəyyənləşib:

I yer – Ağdam rayon 1 nömrəli  tam orta məktəbin komandası

II yer – Ağdam rayon Üçoğlan kənd tam orta məktəbin komandası

III yer –  Ağdam rayon Mahrızlı kənd tam orta məktəbin komandası

Qalib komandalar Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

BƏHRUZ MUSAYEV

Shares: