Goranboyda cüdo üzrə beynəlxalq turnir keçirilib.

Yarışda Azərbaycan idmançıları ilə yanaşı Serbiya, Türkiyə, Luksemburq, Küveyt, Estoniya və Latviya yığmaları, UGİM-lər və klublar olmaqla 600-ə yaxın cüdoçu müxtəlif çəki dərəcələri üzrə güclərini sınayıb.

Turnir iki gün davam edib. Tədbirin sonunda hər çəki dərəcəsi üzrə I, II, III yerləri tutan idmançılar təşkilat komitəsinin kubok, diplom və medalları ilə təltif olunub. Ümumi komanda hesabında Azərbaycan birinci yerə çıxıb. İkinci və üçüncü yerlərdə müvafiq olaraq, Türkiyə və Serbiya komandaları qərarlaşıb.

BƏHRUZ MUSAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp