Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda Türkiyə təmsilçisi “Beşiktaş”ı qəbul edəcək Fransanın “Olimpik” (Lion) klubu qonaq komandanın azarkeşlərinin stadiona girişini qadağan edəcək.

Futbolinfo.az xəbər verir ki, meydan sahibləri 7 il əvvəl baş vermiş insident və digər qayda pozuntularının təkrarlanmasının qarşısını almaq məqsədi ilə bu addımı atıblar.

2017-ci ildə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda Lion “Olimpik”inin “Beşiktaş”ı qəbul etdiyi qarşılaşmada türkiyəli azarkeşlər tribunaların yuxarı mərtəbələrindən stadiona tərəf fişənglər atıblar. Bu səbəbdən matç başlamalı olduğu vaxtdan gec start götürüb.

Xatırladaq ki, Lion “Olimpik”i Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda “Qarabağ”la qarşılaşacaq. Noyabrın 28-də keçiriləcək matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Shares: