UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də, Tallin şəhərindəki “Lilekulla” stadionunda keçiriləcək Estoniya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hər iki komanda son məşqinə oktyabrın 10-da çıxacaq.
Əvvəlcə Bakı vaxtı ilə saat 11:45-də yerli komandanın baş məşqçisinin mətbuat konfransı baş tutacaq. Yarım saat sonra estonlar son məşqlərini keçəcəklər.
Bakı vaxtı ilə saat 18:15-də millimizin baş məşqçisi Fernandu Santuş media önünə çıxacaq. Komandamız saat 19:00-da isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə başlayacaq.
Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Estoniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.