Milli Basketbol Assosiasiyasının ulduzları Damien Lillard (Miluoki Baks), Devin Buker (Finiks Sans), LaMelo Bol və Set Karri (hər ikisi Şarlot Hornets) Şimali Amerika liqasında dörd xallıq xəttin mümkün tətbiqi haqqında danışıblar.

Devin Buker: “Bilmirəm. Oyunun indiki vəziyyətini bəyənirəm. Hazırda hər şey məni qane edir”.

LaMelo Bol: “Məndən asılı olsaydı, yəqin ki, dörd xallıq xətt əlavə edərdim”.

Set Karri: “Mən mütləq dörd xallıq xətt əlavə edərdim”.

Damien Lillard: “Bizim liqamızda dörd xallıq xətt görməyə etiraz etməzdim!”

Nəzərinizə çatdıraq ki, bu ilin yayında Filippində standart üç xallıq xəttə əlavə olaraq yeni qövs də tətbiq edilib. O xəttin arxasından atılan top 4 xal qazandırır. Xətt halqadan metr uzaqda yerləşir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp