“Barselona”nın rəqibləri bu mövsüm ən çox ofsayd vəziyyətinə düşüb. Kataloniya klubu Avropanın ən güclü 5 liqasında rəqiblərinin ən çox ofsayd vəziyyətində olduğu komandaların siyahısına başçılıq edir.

“Barselona” ilə qarşılaşmalarda rəqibləri 62 dəfə ofsayd vəziyyətinə düşüb. İlk 5-liyə həmçinin “Brayton” (İngiltərə, 31 ofsayd), “Fulhem” (İngiltərə, 27), Osasuna (İspaniya, 26) və “Atletik” (İspaniya, 25) daxildir.

Xatırladaq ki, bu yaydan etibarən komandaya alman mütəxəssis Hans-Diter Flik rəhbərlik edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp