Azərbaycan millisinin oktyabrın 11-də Estoniya yığması ilə Tallində keçirəcəyi UEFA Milətlər Liqasının III tur oyununun hakim təyinatları açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, “Lilleküla” stadionunda təşkil olunacaq görüşü İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Rob Hervi olacaq. Ona Robert Klark və Ueyn Makdonnell kömək edəcək. Dördüncü hakim funksiyasını Rob Hennessi yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Shares: