Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Klod Makelele komandanın “sükanı arxasında” keçirdiyi 3 matçdan sonra istefa verib.
Futbolinfo.az xəbər verir ki, fransalı keçmiş futbolçu buna rəhbərliklə ciddi fikir ayrılıqlarının səbəb olduğunu deyib.
51 yaşlı mütəxəssis “London World”a açıqlamasında işinə müdaxilə edildiyini söyləyib.
Makelele Fransa millisi ilə yanaşı, “Real” (İspaniya) və “Çelsi” (İngiltərə) kimi klubların formasını geyinib. “Asteras”ın baş məşqçisi olduğu müddətdə onun komandası Yunanıstan Super Liqasında meydana çıxdığı oyunlarda 2 heç-heçə və 1 qələbə ilə yadda qalıb.