İspaniya La Liqasının arxada qalan 9 turu ərzində cəmi 7 qol vuran “Real Sosyedad” klubu 2006-cı ildən bəri ən pis göstəricisinə imza atıb.
Futbolinfo.az xəbər verir ki, komanda 2006/2007 mövsümündə 9 oyunda rəqib qapılarına 5 dəfə yol tapmışdı.
“Real Sosyedad” həmin mövsümün sonunda La Liqanı tərk edərək Sequndaya düşmüşdü.
Hesabında 9 xal olan komanda hazırda turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.