MLS rəsmi saytında müntəzəm mövsümün ən dəyərli oyunçusu mükafatına namizədlərin siyahısını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, əsas mükafata namizəd kimi mövsüm ərzində meydanda ən azı 1000 dəqiqə keçirənlər nəzərə alınıb.

34 nəfərlik siyahıda “İnter Mayami” klubunun hücumçuları Lionel Messi və Luis Suares də yer alıblar.

Messi və Suaresin formasını geyindiyi Mayami təmsilçisi cari mövsümdə ABŞ çempionu olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp