“Kick-Sauber” komandasının çinli sürücüsü Quanyu Çjou sosial media səhifəsində təzə fotolar paylaşıb. Çjou məşhur tennisçilər Karlos Alkaras və Novak Cokoviçlə necə görüşdüyünü göstərib.

Şəkillər Şanxaydakı “Masters” seriyalı turnirindən əvvəl çəkilib. Fotoların altında “Bir az əvvəl” yazılıb.

Quanyu hazırda Formula 1 pilotlarının ümumi sıralamasında 20-ci yerdədir. Çinli sürücünün hələ ki, xalı yoxdur.

Böyük ehtimalla Çjou gələn mövsüm komandasız qalacaq. Onun növbəti il harada yarışacağı sual altındadır.

55193bc2 23bb 4f4e b739 14177d71f1d2 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp