“Yuventus” Federiko Qatti ilə yeni müqavilə bağlayacaq.

Futbolinfo.az xəbər verir ki, turinlilər kapitanı ilə mövcud anlaşmanın müddətini bir il uzatmaq haqda razılıq əldə edib. Bu o deməkdir ki, mərkəz müdafiəçisi 2029-cu ilin yayınadək “Yuventus”da qalacaq.

2022-ci ildə “Frozinone”dən transfer edilən Qatti İtaliya millisinin də üzvüdür.

Shares: