Şanxayda keçirilən “Masters” seriyalı turnirdə 1/16 final mərhələsinin oyunları davam edir. Dünya reytinqində 4-cü olan Novak Cokoviç Flavio Kobolli ilə qarşılaşıb. Serb tennisçi çətinlik çəkmədən qələbə qazanıb – 6:1, 6:2.

Cokoviçin növbəti mərhələdə rəqibi Roman Safiullin olacaq. Rusiyalı tennisçi Frensis Tiafonu məğlubiyyətə uğradıb.

Digər oyunlar arasında Dimitrov, Rune və Tsitsipasın qələbəsini qeyd etmək lazımdır. Ən gərgin qarşılaşma iki fransız tennisçi arasında olub. Qael Monfis Uqo Umberti məğlubiyyətə uğradıb – 7:6, 2:6, 6:1.

Shares: