Qazaxıstanın Çimkənd şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Futbolinfo.az xəbər verir ki, akademik Mərdan Saparbayevin xatirəsinə keçirilən ənənəvi yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında U-20 milli komandamızın 4 üzvü iştirak edib.

Onlardan biri fəxri kürsüyə qalxıb. Kamran Rəcəbli (72 kq) bürünc medal qazanıb.

Turnirdə Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri mübarizə aparıb.

Shares: