Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində böyükhesablı qələbə qazanıb.
Futbolinfo.az xəbər verir ki, Hindistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 16:0 hesabı ilə qalib gəlib.
Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv ilk oyunda Serbiyanın U-23 yığmasına 1:5 hesabı ilə uduzub. Hindistan millisi isə Çexiyaya müqavimət göstərə bilməyib – 1:26.
Azərbaycan millisi sabah Çexiya ilə üz-üzə gələcək.