“Bayern”in yarımmüdafiəçisi Camal Musiala klubda ən çox maaş alan iki futbolçuldan biri ola bilər. Münhen klubunun rəhbərliyi 21 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olan “Real” və “Mançester Siti”yə keçməməsi üçün onun əmək haqqını artırmağı düşünür.
Yarımmüdafiəçinin maaşı artacağı təqdirdə o, illik 25 milyon avro məvacib əldə edəcək. Komandada hazırda bu məbləği ingiltərəli hücumçu Harri Keyn qazanır.
Amma Musiala 2026-cı ilin yayında btəcək anlaşmanı uzatmamaqda israr edir. O, klubu azad agent kimi tərk edərək başqa klubda daha çox qazanacağı müqavilə bağlamaq nyyətindədir.