“Real” Jeremi Frimponqdan imtina edib. Madridlilər “Bayer”in futbolçusunu almayacaq.

Futbolinfo.az xəbər verir ki, müdafiədə ciddi sıxıntılar çəkən İspaniya nəhəngi Dani Karvahalın uzun müddətə sıradan çıxmasından sonra daha çətin vəziyyətə düşüb. Klub rəhbərliyi qışda təcili transfer etməlidir. Amma onlara təklif olunan Frimponq komandaya qoşulmayacaq.

“Real” 23 yaşlı nidelandlını istəmir. Leverkuzenlilər 2028-ci ilin yayınadək müqaviləsi olan oyunçu üçün 70 milyon avro tələb edir. İspaniya nəhəngi ondansa Trent Aleksandr-Arnoldu heyətə qatmağı üstün tutur. Madridlilər yayda “Liverpul”un üzvünü azad agent kimi düşərgəsinə gətirəcək.

Shares: