“Komo” “Napoli” azarkeşlərinə jest edəcək. İtaliya A Seriyasının debütantı maraqlı üsul fikirləşib.

Futbolinfo.az xəbər verir ki, fevralda baş tutacaq ev oyununda “Komo” qonaq fanatlara pulsuz pivə  paylayacaq. Bunun səbəbi ilk dövrənin Neapoldakı oyunudur. Meydan sahiblərinin qonaqlara xüsusi diqqəti cavabsız qalmayacaq.

Oktyabrın 4-də baş tutan oyunda “Napoli” 3:1 hesabı ilə qalib gəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp