“Sabah” FIBA Avropa Kubokunun qrup mərhələsində bu gün ilk oyununu keçirəcək. Rimas Kurtinaytisin rəhbərlik etdiyi Azərbaycan təmsilçisi G qrupunda Belçikanın “Spiru” komandası ilə üz-üzə gələcək.

Şarlerua şəhərindəki “Dome Şarlerua” arenasında baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək.

Qrupun digər oyunu Yunanıstanda, saat 21:15-də yerli “Marussi” və “Norrçepinq Dolfins” (İsveç) komandaları arasında gerçəkləşəcək.

Shares: