Bu gün Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində sonuncu matçını keçirəcək. Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, milli qrup mərhələsində keçirdiyi ilk oyunda Serbiyaya 1:5 hesabı ilə uduzub, ikinci görüşdə isə Hindistan yığmasından üstün olub – 16:0.

Shares: