“Mançester Siti” ciddi itki ilə üzləşəcək. İngiltərə klubunun inkişafında böyük rol oynayan Çiki Beqiristayn vidaya qərar verib.

Futbolnfo.az xəbər verir ki, 2012-ci ildə Mançesterə gələn, Xosep Qvardiolanın baş məşqçi postuna təyinatında önəmli rol oynayan idman direktoru istirahətə çıxmağa qərar verib. Onun “Barselona”ya dönüşü də mümkündür.

2003-10-cu illərdə İspaniya nəhəngində eyni postu tutan 60 yaşlı mütəxəssis “şəhərllər”in yeni müqavilə təklifini qəbul etməyib. Yayda onun kimin əvəzlənəcəyi maraqla gözlənilir.

Shares: