Azərbaycan milli komandası bu gün Estoniyaya yola düşəcək.

Yığmamız Millətlər Liqası çərçivəsində Estoniya komandası ilə matç üçün Tallinə uçacaq. Millimiz sözügedən şəhərə saat 15:00-da çarter reysi ilə yollanacaq.

Fernandu Santuşun komandası sabah saat 18:00-da “Lilekulla” stadionunda açıq məşqə çıxacaq.

Qeyd edək ki, Estoniya – Azərbaycan matçı oktyabrın 11-də, “Lilekulla” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da  başlayacaq. Azərbaycan millisi oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp