Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün 1/8 final matçına çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda Portuqaliya yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Qeyd edək ki, milli seçmə mərhələnin A qrupunda İngiltərə (4:0) və Gürcüstandan (7:2) üstün olub, İspaniyaya (0:7) uduzub.

Shares: