Sentyabrın sonunda əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin 2013-cü ildən bəri ilk dəfə qızı Cina-Mariyanın toyunda iştirak edərək ictimaiyyət qarşısına çıxması xəbəri yayıldı. Lakin bunu təsdiqləyən foto və videomaterialların heç bir yerdə olmaması sualların aradan qalxmasına imkan vermədi.
Məşhur finlandiyalı neyrocərrah Yussi Posti Şumaxerin vəziyyətinin çox ağır olduğunu və yaxşılaşma ehtimalının azlığını bildirib.
“Mixael Şumaxer haqqında əlimizdə olan bütün məlumatları nəzərə alsaq, onun hələ də əvvəlki kimi ağır vəziyyətdə olduğunu başa düşə bilərik. Demək olar ki, bütün yataq xəstələri hərəkətsiz və hər şeyə qarşı çox kövrək olurlar. İnsanı 11 il belə vəziyyətdən sonra ayağa qaldırmaq, sadəcə mümkün deyil. Ona görə də şəxsən mən Şumaxerin yaxşılaşdığına inanmıram. Bütün xəstələrin sağalmasına orta hesabla iki il lazım gəlir, bundan sonra vəziyyət daha dəyişə bilməz”, – deyə “İltalehti”yə müsahibəsində Posti qeyd edib.
Xatırladaq ki, Şumaxer 2013-cü ilin dekabrında dağ-xizək kurortunda istirahət edərkən yıxılaraq kəllə-beyin travması alıb.