2025-ci ilin fevralında FIA Formula 1-in yaradılmasının 75-ci ildönümünün qeyd edilməsini planlaşdırır. Buna əsasən, bütün yarış komandalarının avtomobillərini nümayiş etdirmək gündəmdədir. Bu barədə jurnalist Jeppe Hildqaard Olsen sosial şəbəkədəki səhifəsində məlumat verib.

Əldə olan məlumata görə, yubiley Londondakı “O2 Arena”da qeyd olunacaq. Bilet satışının 18 min adama görə nəzərdə tutulduğu bildirilir.

Xatırladaq ki, Formula 1 1950-ci ildən keçirilir. İlk yarış da elə İngiltərədə baş tutub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp