İspaniyanın “Barselona” kollektivində çıxış etmiş Serxio Aquero keçmiş klubunu məhkəməyə verib.

Futbolinfo.az AS-a istinadən xəbər verir ki, Argentina millisinin sabiq hücumçusu kataloniyalılardan 3 milyon avro məbləğində maaşını tələb edir.

“Barselona” Aqueroya sığorta müqaviləsinin ilk ili üçün əmək haqqını ödəyəcəyini bildirib.

Lakin sığorta şirkəti daha sonra pulu köçürməkdən imtina edib.

Aquero “Barselona”ya 2021-ci ilin yayında keçmişdi. O, ürək probleminə görə həmin ilin dekabr ayında karyerasını bitirməli olub.

Shares: