İspaniyanın “Las Palmas” klubunun yeni baş məşqçisi bəlli olub.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Dieqo Martineslə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Martines bir gün əvvəl istefaya göndərilən Luis Karrionu əvəz edib. Onun son iş yeri 2023-cü ilin iyulundan dekabrına kimi rəhbərlik etdiyi “Olimpiakos” (Yunanıstan) olub. 43 yaşlı mütəxəssis buna qədər “Espanyol”, “Qranada”, “Osasuna” və digər klublarda çalışıb.

“Las Palmas” 9-cu turdan sonra La Liqada 3 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp