Məhəmməd Kudus klubunu dəyişə bilər. 24 yaşlı qanalını İngiltərə Premyer Liqasının nəhəngləri istəyir.
Futbolinfo.az xəbər verir ki, “Vest Hem”in ötən yay 43 milyon avro ödəyərək “Ayaks”dan aldığı oyunçuya “Arsenal”, “Çelsi”, “Liverpul” və “Mançester Siti” maraq göstərir. Bu gedişlə cari mövsüm Kudus üçün “Vest Hem”də sonuncu olacaq.
Müştərilərin çoxluğu oyunçunun dəyərini də qaldırıb. London klubu 2028-ci ilin yayınadək müqaviləsi olan qanalı üçün 100 milyon avro tələb edir. Onun göstərdiyi oyun da qiymətinin artmasına səbəb olub. Kimin bu şərtlə razılaşacağını zaman göstərəcək.