İngiltərənin “Liverpul” klubunun və Braziliya millisinin qapıçısı Alisson Beker yığmaların oyunlarına görə noyabrda yaranacaq növbəti fasiləyə qədər meydana çıxmayacaq.

Futbolinfo.az “Sky Sport”a istinadən xəbər verir ki, qolkiper Premyer Liqanın 7-ci turunda, “Kristal Pelas” (1:0) ilə oyunda zədələnib.

32 yaşlı qapıçının sağalma prosesi təxminən altı həftə çəkəcək.

Braziliyalı qolkiperin Premyer Liqada “Çelsi”, “Arsenal”, “Brayton” və “Aston Villa”, həmçinin Çempionlar Liqasında “Leyptsiq” və “Bayer” komandaları ilə oyunları buraxacağı gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp