Rusiya millisinin və “Şinnik” klubunun sabiq futbolçusu Artyom Yenin 49 yaşında dünyasını dəyişib.

Futbolifno.az xəbər verir ki, bu barədə Yaroslavl təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yenin 1994-2002-ci illər ərzində “Şinnik”də 131 oyun keçirib və 6 qol vurub. O, Rusiya millisinin heyətində cəmi 1 dəfə – 1998-ci ildə İspaniya ilə yoldaşlıq matçında meydana çıxıb.

Karyerasını başa vurduqdan sonra isə uzun müddət “Şinnik” klubunun nəzdində fəaliyyət göstərən Yeniyetmə Futbolçuların Hazırlıq Mərkəzində çalışıb.

Shares: