Yevlax rayonunda taekvando üzrə bölmənin uğurları günü-gündən artır. Rəqabətədavamlı idmançıların yetişməsi rayonda bu idman növünün inkişafının göstəricisidir.

Klubun əsas məqsədlərdən biri də rayonda bütün yaş qruplarından olan idman həvəskarlarının maraq dairəsinin artırılması və müvafiq bölmələrə cəlb olunmasıdır. Hazırda taekvandoçular qarşıdan gələn zona birinciliyinə hazırlaşırlar. Məqsəd qarşıdakı yarışdan uğurlu nəticə əldə etməkdir.

Nicat Haqverdiyev (məşqçi): “Əsas məqsədimiz il ərzində keçirilən bütün yarışlardan yaxşı nəticə göstərməkdir. Qarşıdan zona birinciliyi gəlir. İdmançılarımız yarışa böyük səylə hazırlaşır. Məqsəd zona birinciliyində yaxşı nəticə göstərib Azərbaycan çempionatına vəsiqə qazanmaqdır. Bunun üçün də idmançılar məşqlərdə özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar”.

be95faf9 56b6 4791 a0e4 8ebf7e524ea2 - Futbolinfo.az

Birincilikdə Yevlaxı 10 taekvondoçu təmsil edəcək. Həftə ərzində təşkil olunan təlim-məşq toplanışında idmançıların fiziki hazırlığı ilə yanaşı taktiki-texniki bacarığı da diqqət mərkəzindədir. Zona birinciliyində yüksək yer tutan idmançılar Azərbaycan çempionatına vəsiqə əldə edəcəklər.

BƏHRUZ MUSAYEV, YEVLAX

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp