Çimərlik futbolu üzrə Litva yığması DÇ-2025-in seçmə mərhələsində Belarus komandası ilə oynamaqdan imtina edib. Bu barədə məlumat Litva Futbol Federasiyasının rəsmi saytında dərc olunub.

Belarus millisi bu gün, oktyabrın 9-da İspaniyada Litva millisi ilə qarşılaşmalı idi.

“Futbolçularımızın növbəti seçmə mərhələdə mübarizə apara bilməyəcəkləri və elita ilə güclərini sınaya bilməyəcəkləri məyusedicidir, lakin əsas olan dəyərlərin idmandan yüksəkdə qalmasıdır. Biz bu qərarı milli komandanın nümayəndələri ilə müzakirə etdik və razılaşdırdq. Tərəfimizdən atılan belə bir addım bu məsələdə mövqeyimizi bir daha layiqincə nümayiş etdirəcək”, – deyə federasiya prezidenti Edqaras Stankyaviçius bildirib.

Sentyabrda Estoniya komandası Belarus millisi ilə oynamaqdan imtina etmişdi. Meydançaya çıxmaqdan imtina etdikləri üçün estonlara texniki məğlubiyyət verilmişdi.

Shares: