Viktor Qonçarenko “Neftçi”nin baş məşqçisi olmayacaq. Paytaxt klubunun Roman Qriqorçuka xələf gözü ilə baxdığı mütəxəssis başqası ilə anlaşıb.
Futbolinfo.az xəbər verir ki, “Neftçi” 47 yaşlı belaruslunu komandanın başına gətirmək üçün danışıqlar aparırdı. Amma o, əvvəlki illərdə olduğu kimi, yenə Azərbaycana gəlməkdən imtina edib.
Vaxtilə ÇSKA, “Ufa” və “Ural”ın baş məşqçisi olmuş Qonçarennko bu gün Rusiyanın digər Premyer Liqa klubu “Pari Nijniy Novqorod”la müqavilə bağlayıb. O, 2 il bu komandada çalışacaq.