“Real” 6 illik ənənəyə son qoyur. Madridlilər uzun fasilədən sonra ilk dəfə qış fasiləsi zamanı transfer edəcək.

Futbolinfo.az xəbər verir ki, adətən transferləri yayda edən İspaniya nəhəngi buna məcbur olub. Komandada zədəlilərin çoxluğu üzündən klub rəhbərliyi kisənin ağzını açmalı olacaq.

Əsasən arxa xəttə yeni oyunçu alacaq “Real”, müdafiənin mərkəzinə və sağ cinaha diqqət yetirəcək. Xüsusilə Dani Karvahalın mövsümün sonunadək sıradan çıxmasından sonra madridlilərin başqa yolu qalmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp