Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb.
Futbolinfo.az xəbər verir ki, 1/8 finalda Portuqaliya ilə qarşılaşan Sahib Məmmədovun baş məşqçisi olduğu komanda 5:13 hesabı ilə uduzub.
Millimiz yer aldığı A qrupunda İngiltərə (4:0) və Gürcüstandan (7:2) üstün olub, İspaniyaya (0:7) uduzub.