İspaniyanın “Espanyol” klubu ciddi maliyyə problemlərinə görə futbolçuların qida rasionunu məhdudlaşdırmaq qərarına gəlib.
Futbolinfo.az “Relevo”ya istinadən xəbər verir ki, Barselona təmsilçisi həmçinin səfər oyunlarına getmək üçün nəzərdə tutulan çarter reyslərini avtobus nəqliyyatı ilə əvəzləməyi düşünür.
Yeməyin keyfiyyətinin aşağı düşməsindən sonra oyunçular narazılıqlarını bildirmək üçün klub rəhbərliyi ilə görüş tələb ediblər.
“Espanyol” La Liqada 10 xalla 14-cü pillədə qərarlaşıb.